"Liverpul" Kubok yarışından kənarlaşdırılıb.
Mia.az xəbər verir ki, ölkənin məşhur komandası İngiltərə Liqa Kubokunun 1/8 finalında "Kristal Palasa" 3-0 hesabı ilə məğlub olub.
Bununla da komanda bu yarışda mübarizəni dayandırıb.
Kubok uğrunda digər oyunlarındakı nəticələr isə aşağıdakı kimi bitib:
Suonsi Siti - Mançester Siti: 1-3
Arsenal - Brayton Houv Albion: 2-0
Vulverhempton - Çelsi: 3-4
Nyukasl Yunayted - Tottenhem: 2-0
Fərid ASLAN
MİA.AZ