Bir vaxtlar Super Liqada fərtına əsdirən, Türkiyə Kuboku və Super Kubokunu qazanan "Akhisarspor" klubu tamamilə yoxsul hala düşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, maddi çətnliklər içində boğulan klub artıq rəsmi internet saytını da satışa çıxarıb.
Məlumata görə, artıq klubun əsas və əvəzedici komandaları yoxa çıxıb: "Hazırda klubun bazasında yalnız 5-10 nəfər azyaşlı var. Klub bölgə üzrə Həvəskarlar Liqasından da pula görə çəkilməyə məcbur qalıb..."
Xatırladaq ki, "Akhisarspor" 2018-ci ildə Ziraat Türkiyə Kubokunu və TFF Super Kubokunu qazanıb.
Fərid ASLAN
MİA.AZ