Almaniyada ildən etibarən minimum əmək haqqı ikimərhələli olmaqla artırılacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Almaniya Federal Əmək və Sosial İşlər Nazirliyi məlumat açıqlayıb.

Məlumata əsasən, ölkədə minimum əmək haqqı hər saat üçün minimum 14,60 avroya qədər artırılacaq:

"Almaniya hökumətinin qərarı ilə gələn ildən etibarən hazırda 12,82 avro olan minimum əmək haqqı iki mərhələdən ibarət planla artırlacaq. Belə ki, 1 yanvar 2026-cı il tarixindən minimum maaş saatda 12,82 avrodan 13,90 avroya, 2027-dən isə 14,60 avroya yüksəldiləcək. Artıq iki illik plan təsdiqlənib. Bununla da ölkədə minumum maaşla işləyən təxminən 6 milyon insanın əmək haqqı qalxacaq".

Lamiyə Əhmədli
MİA.AZ