Regional Həvəskarlar Liqası komandası "Kahta 02 Spor" Türkiyə Ziraat Türkiyə Kubokunda Super Liqa komandası "Kasımpaşa"nı mübarizədən kənarlaşdırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həvəskar komanda "Kasımpaşa"nı 3 qolla məğlub edəərk, yarışdan uzaqlaşdırıb - 3-1.

Oyuna gəldikdə isə "Kasımpaşa" 10-cu dəqiqədə hesabı açsa da, sonradan qapısını qoruya bilməyib.

Bununla da həvəskar komanda  tarixi uğura imza ataraq, növbəti mərhələyə vəsiqə qazanıb.

Fərid ASLAN
MİA.AZ