Milli Məclisin daha bir deputatının sosial şəbəkə paylaşımı qalmaqal yaradıb.

Demokrat.az xəbər verir ki, YAP-çı deputat Aydın Hüseynov yazıçı Kəramət Böyükçölün Milli Məclisi tənqid edən fikirlərini bəyənərək, paylaşım edib. Deputatın bu hərəkəti isə birmənalı qarşılanmayıb.

Xatırladaq ki, bir neçə gün öncə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Facebook hesabında jurnalist Rahim Hacıyevin AXCP sədri Əli Kərimli haqda yazdığı qısa məqaləni paylaşıb. Sözügedən məqaləni Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 55 saylı Siyəzən - Quba - Xızı seçki dairəsindən deputat seçilmiş Müşfiq Məmmədli də bəyənib.