Türkiyənin köklü klublarından sayılan "Sivasspor" bu gün istefaya göndərdiyi Baş məşqçiyə əvəz mütəxəssislə anlaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi komandanın sükanı arxasına Mehmet Altıparmakı gətirib.
Klubla bir il 6 aylıq müqavləyə imza atan yeni Baş məşqçi deyib ki, azarkeşlərə layiq bir komanda formalaşdıracaq: ""Sivasspor kimi köklü bir komandanın üzvü olmaq mənim üçün böyük şərəfdir. Məqsədimiz bu böyük azarkeş bazasına layiq klubun adına layiq komanda fırmalaşdırmaq olacaq. Bunun üçün bütün gücümüzlə çalışacağıq".
Fərid ASLAN
MİA.AZ