Katoliklərin lideri və Vatikanın dövlət başçısı Papa XIV Leo Türkiyəyə rəsmi səfərə hazırlaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfər 27-29 noyabr tarixlərində həyata keçiriləcək.
Məlumata əsasən, bu, onun vəzifəyə başlamasından bəri ilk xarici səfəri olacaq.
Vatikanın Mətbuat Ofisi xəbəri təsdiqləyib.
Bildirilib ki, Papa 27 noyabrda Ankarada rəsmi görüşlər keçirəcək, sonra isə axşam İstanbula gedəcək: "O, 28 noyabrda İstanbuldan isə İznikə - xristian tarixində önəmli rolu oan önemli bir yeri olan Birinci İznik Konsulunun 1700 illiyi ilə bağlı əlamətdar tarixi mərasimə qatılacaq. Papa XIV Leo 29 noyabrda Sultanəhməd məscidini ziyarət edəcək və sonra İstanbuldakı xristian icmaları ilə görüşəcək..."
Firudin Səfərli
MİA.AZ