Böyük Britaniya Baş naziri Keir Starmer bu gün Türkiyəyə gəlib
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Baş nazirin səfərindən əvvəl isə Ankaranın almaq istədiyi "Eurofighter Typhoon" qırıcı təyyarələrindən ikisi ölkəyə göndərilib.
Məlumata görə, Baş naziri Keir Starmer məhz bu döyüş təyyarələrinin satıçı ilə bağlı danışıqları davam etdirmək üçün Ankaraya gəlib: "Türkiyənin 20-si Kral Hərbi Hava Qüvvələri tərəfindən təmin ediləcək 40 Eurofighter təyyarəsi alması gözlənilir. Keir Starmer bu məsələnin detallarını Ərdoğanla bu gün müzakirə edəcək"
Məlumata görə, Baş naziri Milli Müdafiə Naziri Yaşar Güler Ankarada MÜRTED Aerodrom Komandanlığında qarşılayıb: "Starmerə Britaniya Müdafiə naziri Con Heli və Britaniya Hərbi Hava Qüvvələrinin rəisi general Harv Smit müşayiət edirlər".
Firudin Səfərli
MİA.AZ

