Almaniyada quş qripi yayılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fridrix Loeffler İnstitutu hesabat açıqlayıb.
Hesabata əsasən, quş qripi halları COVİD pandemiyasının ən ağır ili olan 2021-ci ildəki kimi genişlənib: "Artıq 30 fermada 400.000 toyuq, ördək, qaz və hinduşkanın məhv etmək məcburiyyəti yaranıb, onlar məhv ediliblər. Təəssüf ki, biz bu vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdıra bilmirik"
Hesabatda qeyd edilib ki, indiyə qədər ən böyük itkilər Meklenburq-Qərbi Pomeraniya və Brandenburqda olub: "Brandenburqdakı Markiş-Oderland bölgəsində quş qripi səbəbindən əlavə 130.000 quşun məhvi planlanıb...".
Samir Musayev
MİA.AZ