“Lukoyl”un səhmləri Moskva birjasında 7,2% ucuzlaşıb. Buna görə şirkətin  sahibi Vahid Ələkbərov iki gün ərzində 1 milyard dollardan çox pul itirib.  

Mia.az Moden.az-a istinadla xəbər verir ki, “Lukoyl”un bazar kapitallaşması 297 milyard rubl azalıb, “Rosneft”lə birlikdə Rusiyanın ən böyük neft şirkətlərinin ABŞ sanksiyalarının tətbiqindən sonra ümumi itkiləri 424 milyard rubl (5,2 milyard dollar) təşkil edib.

Sanksiyalar “Rosneft” və “Lukoyl”un törəmə şirkətlərinə də təsir edir. Bu addım ixrac tədarüklərini çətinləşdirə bilər.

Yeri gəlmişkən, Mia.az xatırladır k, V.Ələkbərovun Bakıda da  bank və digər varidatı var. Onun indi ətrafında cərəyan edən hadisələrin Bakıdakı bankı "Yelo Bank"a necə təsir edəcəyini isə zaman göstərəck.

MİA.AZ