Türkiyənin İsraillə məhsul satışı və ilə yanaşı, bütün ticarət əlaqələrini kəsməsi qarşı tərəfdəki artıq problemlər yaradıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq İsrailin ən böyük poladəritmə şirkətlərindən sayılan Şaul Gueta Dəmir və Polad Şirkəti müflis elan edilib.
Məlumata görə, Türkiyənin Qəzzadakı savaşa görə İsrailə sanksiyalarından sonra 105 milyon şekel (təxminən 32 milyon dollar) borcla fəaliyyətini dayandıran şirkətin müflis elan edilməsi ilə bağlı məsələyə Beerşeba Rayon Məhkəməsində işə baxılıb.
Məlumata görə, məhkəmə şirkətin borclarını ödəyə bilməməsi səbəbindən fəaliyyətinin dayandırılma tələbini qəbul edib: "Məhkəmə prosesində çıxış edən şirkət rəsmiləri "bankrot" olmalarını birbaşa Türkiyənin ticarət qadağası ilə əlaqələndiriblər".
Samir MUSAYEV
MİA.AZ