Xəbər verdiyimiz kimi, bu gün "Şamaxı" "Qarabağ"la qarşılaşmadan qolsuz heç-heçəylə ayrılıb.

Oyundan sonra "Şamaxı"nın Baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında Mia.az-ın əməkdaşının sualına cavabında bildirib ki, oyun ağır keçib və lider komandaya qarşı oynamaq asan olmayıb:

""Qarabağ" bu oyuna əsas heyətlə çıxmışdı və 60-cı dəqiqəyə qədər ardıcıl hücumda idi. Biz çox çətinlik çəkdik. Amma müdafiədə olan oyunçularımız həqiqətən çox yaxşı oynadı. Rəqibə yüzdə yüz heç bir qol şansı vermədi. Məncə, futbolçularımın çox yaxşı konsentrasiyası vardı".

Zülfiyyə Mustafayeva

MİA.AZ