"Maliyyə naziri Sahil Babayevə səslənirəm: şox yaxşı bilirəm ki, bu gün büdcəyə vəsait toplamağa, xüsusilə də Qarabağda aparılan tikinti və abadlıq işlərinə görə ciddi ehtiyac var. Buna görə də bu gün onsuz da ehtiyac içində sürünən kasıb təbəqəyə zərər vermədən vəsait, özü də xeyli vəsait toplamaq üçün mənbəni göstərirəm. Uzun illər Maliyyə Nazirliyinə rəhbərlik edənlər və digər məmurlar yalnız öz ciblərini düşündüklərinə görə büdcənin talanması prosesi baş verib. Bu prosesin ən eybəcər tərəfi isə o olub ki, ən yüksək maaş alan məmurlar - xüsusilə keçmiş prokurorlar, hakimlər, polislər və digər vəzifəlilər öz nəvələrini sağ ata-anaları ola-ola “övladlığa” götürüblər ki, onlar vəfat etdikdən sonra da geridə qalanları büdcəni talan etməyə davam etsinlər".

Mia.az xəbər verir ki, bu sensasiyalı iddianı tanınmış vəkil Aslan İsmayılov sosial media səhifəsində yazıb.

Onun sözlərinə görə, bu tip məmurların çoxu qanunsuz yolla “övladlığa” götürdükləri nəvələrinin 18 yaşına çatana qədər “himayəçisi"ni itirdiyinə görə, onların maaşları və ya təqaüdləri qədər hər ay büdcədən pul alıblar:

ASLAN İSMAYILOV

"Üstəlik, bu məbləğ 300–500 manat deyil, 3000 manatdan başlayaraq 10000 manata qədər olub. Bu, büdcədən oğurlanmış vəsaitdir və bunların hər biri ilə bağlı cinayət işi qaldırılmalı, pullar isə büdcəyə qaytarılmalıdır".

Samir MUSAYEV

MİA.AZ