Çempionlar Liqasında ardıcıl qələbələri ilə hədəfi böyüdən "Qalatasaray" yanvarda heyətə daha bir ulduz cəlb etməyə hazırlaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu bu dəfə "Napoli"də forma geyinən Andre-Frank Zambo Anguissa "qaralayıb".
Məlumata görə, transfer danışıqlarında vaxti ilə "Napoli"da forma geyinmiş Viktor Osimhen araya girib: "Anguissanın transferi "Napoli" klubu ən azı 30 milyon avro transfer haqqı gözləyir. Ola bilsin ki, Osimhen araya girdiyi üçün bu məbləğ aşağı endirilsin..."
Məlumata görə, yanvarda tərəflər masaya oturacaqlar.
Fərid ASLAN
MİA.AZ
