"Real Madrid"in Baş məşqçisi Xabi Alonso komandanın 20 yaşlı ulduzu, Türkiyə millisinin üzvü Arda Güleri tərifləyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Baş məşqçi Ardanın topla nəfəs aldığını deyib.

Alonsonun sözlərinə görə, Arda Güler futbol oynamaqdan həqiqətən zövq alır: "O, özünü oyunda rahat hiss edir və topa daha yaxın olmaq istəyir. Cərimə zərbələri yerinə yetirmək, ötürmələr vermək, qol vurmaq, bir sözlə, hər yerdə yer almaq istəyir. O, oyuna böyük coşqu gətirir. Top onda olanda komandanın dinamikası artır. Onun irəliləməsindən çox məmnunam. O, gənc və fantastik oyunçudur."

Xatırladaq ki, Arda Güler bu mövsüm "Real Madrid"də 18 oyunda komandasına 4 qol atıb, 7 məhsuldar ötürmə edib.

Fərid ASLAN
MİA.AZ