"Dünyada gedən proseslər manata təsir edəcək. Neftin qiymətinin düşmə ehtimalı var. Həmçinin bundan da böyük problemlemimiz budur ki, neft hasilatımız azala-azala gedir. Bu, çox böyük problemdir. Nəinki uzunmüddətli, üç-beş ildən çox, ortamüddətli perspektivdə də manatın məzənnəsi üçün ciddi təhdidlər var”.

Mia.az xəbər veirr kl, bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O həmçinin vurğulayıb ki, qısamüddətli perspektivdə və böyük ehtimalla, gələn il manat üçün ciddi təhlükə yoxdur: “Valyuta ehtiyatlarımız kifayət qədər çoxdur. Bu baxımdan, manatın məzənnəsi üçün gələn il ciddi təhlükə olduğunu düşünmürəm. Lakin hər şey ola bilər. Bu məsələdə heç vaxt tam proqnoz vermək olmur, hər şey inzibati yolla həll edilir. Təkrar edirəm, ehtimal budur ki, bir ilə manatın məzənnəsi sabit olacaq”.