Nəhayət, iki nəhəng ölkənin - ABŞ və Çin liderlıəri bir araya gəlir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Ev qısa bildiriş yayıb.

Bildirilib ki, ABŞ prezidenti Donald Tramp Asiya ölkələrinə səfər çərçivəsində oktyabrın 30-da Çin prezidenti Si Cinpinlə görüşəcək: "Görüş Cənubi Koreyada baş tutacaq".

Ağ Evin mətbuat katibi Leavitt jurnalistlərə xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitinə qatılacaq Tramp burada Çinin sədri bir araya gələcək.
 
Firudin Səfərli
MİA.AZ