Bu gün "Fənərbağça" Avropa Liqası mərhələsinin üçüncü turunda Almaniyanın "Ştutqart" komandasını İstanbulda qəbul edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun İstanbul komandasının qələbəsiylə başa çatıb.
Matçdakı yeganə qola 34-cü dəqiqədə penaltidən Kerem Aktürkoğlu imza atıb.
Bu qələbədən sonra “Fənərbağça” Avropa Liqasında ardıcıl ikinci qələbəsini qazanaraq xalını 6-ya yüksəldib. İstanbul klubu hazırda 11-ci yerdədir. Ardıcıl ikinci məğlubiyyətini yaşayan "Ştutqart" isə 3 xalla 25-ci pillədə qərarlaşıb.
"Fənərbağça" növbəti matçını səfərdə "Viktoriya Plzen"ə qarşı keçirəcək.
Fərid ASLAN
MİA.AZ