Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) iki klubu cəzalandıracaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qarşıdakı həftədə "Beşiktaş" və "Konyaspor"la bağlı araşdırma materialları PFDK-ni iclasında müzakirəyə çıxarılacaq.

Bildirilib ki, bu komandalar arasında 3-cü tur çərçivəsində təxirə salınmış oyunda azarkeşlərin yol verdiyi təhqiramiz  şüarlara iclasda hüquqi qiymət veriləcək: "Böyük ehtimalla hər iki kluba pul cəriməsi kəsiləcək"

Xatırladaq ki, həmin oyunda "Beşiktaş" "Konyaspor"a səfərdə 2:0 hesabı ilə qalib gəlib.

Fərid ASLAN
MİA.AZ