Türkiyə Mərkəzi Bankın valyuta və qızıl ehtiyatları artıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Mərkəzi Bank həftəlik statistik hesabıatında açıqlayıb.

Bildirilib ki, əvvəlki həftə ilə müqayisədə valyuta ehtiyatları 8 milyard 708 milyon dollar artaraq 198 milyard 442 milyon dollara çatıb: "Eyni dövrdə Mərkəzi Bankın qızıl ehtiyatları da 8,772 milyard dollar artaraq 102,397 milyard dollardan 111,169 milyard dollara yüksəlib".

Samir Musayev
MİA.AZ