"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Bodo/Glimt"ə 3-1 hesablı qələbədən sonra jurnalistlərə açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, oyunun planladıqları kimi keçdiyini deyib.
Okan Buruk bildirib ki, hələ çox şansları olsa da, dəyərləndirə bilməyiblər: "Matçdan əvvəl qurduğumuz planla oyna çıxdıq. İlk hissədə çox daha enerjili idik, çoxlu qol imkanları yaratdıq. Daha çox qol vura bilərdik. İkinci hissədə yorğunluq və rəqibin təzyiqi bizi geriyə geri çəkilməyə məcbur etdi, amma yenə də qol şanslarımız oldu. Bütün hallarda istədiyimiz üç xalı əldə etdik. Ancaq dediyim kimi, daha çox ql ata bilərdik. Bilirsiniz ki, Çempionlar Liqasında qol fərqi də çox vacibdir"
Baş məşqçi hücumçu Barış Alper Yılmazın əvəzləndiyi zaman ona azarkeçlərin etirazlını isə pisləyib: "Bütün oyunçularımız çox dəyərlidir. Yaxşı gündə də, pis gündə də onlara dəstək olaq. O, bu etiraza layiq deyil"
Fərid ASLAN
MİA.AZ