Bu gün Çempionlar Liqasının üçüncü tur oyunlarına 2 oyunla start verilib.
Mia.az xəbər verir ki, saat 20:45-də "Atletik Bilbao" ilə "Qarabağ" üz-üzə gəliblər.
"Qarabağ" oyunun 1-ci dəqiqədə Leandro Andrade hesab açıb - 1:0.
40-cı dəqiqədə ispanlar hesaba tarazlıq gətirib - 1:1
70-ci dəqiqədə "Atletik"dən Navaro fərqi artırıb - 2:1
87-ci dəqiqədə "Atletik" 3-cü qolu da vurub - 3:1
"Qalatasaray" Norveçin "Bodo/Glimt" komandasını qəbul edib. 2-ci dəqiqədə Osimhen hesabı açıb - 1:0
33-cü dəqiqədə Osimhen daha bir qola imza atıb - 2:0
60-cı dəqiqədə Yunus Akgün hesabı artırıb - 3:0
76-cı dəqiqədə norveçlilər bu qollardan birinin əvəzini çıxıb - 3:1
Oyunlar bu hesabla başa çatıb.
Bu nəticədən sonra "Qalatasaray" və "Qarabağ"ın 6 xalı olub.
Fərid ASLAN
MİA.AZ