Rusiya ordusu strateji nüvə silahlarının iştirakıyla irimiqyasılı təlim keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Kremldən açıqlama verilib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri prezident Vladimir Putinin komandanlığı altında strateji nüvə silahı təlimi keçirib: "Rusiya hava, quru və dəniz qüvvələrinin bölmələriinin iştirakıyla qitələrarası ballistik və qanadlı raketləri sınaqdan çıxarılıb. Belə ki, “Yars” qitələrarası ballistik raket Kamçatka dənizindəki nüvə sualtı qayığından, “Sineva” ballistik raketi isə Barents dənizindəki nüvə sualtı qayığından buraxılıb. Təlimdə Tu-95MS təyyarəsi də verilən tapşırıqları uğurla yerinə yetirib".

Məlumatda deyilir ki, Putinin komandanlığı ilə keçirilən təlimdə Rusiya müdafiə naziri Andrey Belausov, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və digər rəhbər şəxslər də iştirak ediblər.

Tahir Şəlvəli
MİA.AZ