İsrailin baş naziri Binyamin Netanyahu Türkiyə hərbçilərinin Qəzzaya göndərilməsi ehtimalına sərt reaksiya verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu barədə ABŞ-ın vitse-prezidenti J.D.Venslə müzakirə zamanı konkret fikrini açıqlayıb.
Məlumata görə, Netanyahu türk hərbçilərin bölgəyə girişinə əsla razı olmayacaqlarını deyib: "Bu məsələ ilə bağlı konkretləşmiş fikirlərim var. Onların nə olduğunu təxmin etmək istərdinizmi? Bəli, bilirsiniz".
Netanyahu daha sonra İsrailin ABŞ-ın təzyiqi altında hərəkət etdiyinə dair iddiaları rədd edib: "Biz ABŞ-ın himayəsi altında deyilik. İsrailin təhlükəsizliyinə gəlincə, ona hər hansı təhlükə olarsa, biz üzərimizə düşəni edirik, edəcəyik. İsrail öz qərarını özü verir"
ABŞ vitse-prezidenti ilə Qərbi Qüdsdəki Baş nazirin ofisində keçirilən görüşdə Netanyahu daha sonra Qəzzada atəşkəs prosesi və yenidənqurma planlarının hazırda aktual formada müzakirə edildiyini bildirb.
ABŞ-ın vitse-prezidenti J.D.Vans, HƏMAS-ın tərksilah edilməsi və bölgənin yenidən qurulmasının mühim hədəf olduğunu deyib: "Bilrik ki, bu proses asan olmayacaq, bilirik ki, HƏMAS rahat formada silahını buraxmayacaq. Lakin biz atəşkəsin və davam edəcəyinə və daimi sülhün nəhayət olacağına inanırıq"
Firudin Səfərli
MİA.AZ