Ötən mömsümün 37-ci turunda keçirilən "Qalatasaray" - "Fənərbağça" derbisindən sonra o vaxt "Fənərbaxça"nın İdarə Heyətinin üzvü olan Səlahəddin Baki "Qalatasaray"ın İdarə Heyətinin üzvü Eray Yazqanın ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün indi həbs təhlükəsiylə üz-üzə qalıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Eray Yazqanın şikayəti üzrə açılan cinayət işi üzrə prosesə bu gün İstanbul 3-cü Ağır Cəza Məhkəməsində baxılıb.

Məlumata görə, iclasda çıxış edən prokuror işin mahiyyəti ilə bağlı danışıb O, qeyd edib ki, cavabdeh Səlahəddin Baki iddiaçının ünvanına hər kəsin eşitdiyi təhqiramiz ifadələr işlədib: "Bu isə 3 ay 15 gündən 2 il 4 aya qədər həbs cəzasını hökm edir. Hesab edirəm, məhkəmə ictimai yerdə bu cür davranan cavabdehə ən yüksək cəzan verməlidir"

İddiaçının vəkili Serdar Mermut da ən yüksək cəza tələb edib. 

Cavabdeh tərəfin vəkili isə çıxş və müdafiə üçün vaxt istəyib. Bu səbəbdən məhkəmə dekabr ayınadək təxirə salınıb. 

Fərid ASLAN
MİA.AZ