Türkiyə və Rumıniya vətəndaşı olan "Korendon Alanyaspor"un futbolçusu Ümit Akdağ məşhur Mirça Luçeskunun rəhbərlik etdiyi Rumıniya millisinə dəvət alıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ümit Akdağ bu dəvətin ona qürur verdiyini deyib.

Ümit Akdağ Mirça Luçeskunun dəvəti barədə daha sonra belə açıqlama verib: "Bunu şərh etməyəcəyəm. Məqsədim çox yaxşı mövsüm keçirməkdir. "Alanyaspor"la liqanın zirvəsində olmaq və hər matçda daha yaxşı oynayaraq özümü təkmilləşdirmək istəyirəm. Türkiyə millisini də çalışdırmış Luçesku kimi bir məşqçindən dəvət almaq çox böyük şərəfdir. Onunla təkbətək söhbətimiz olub. Onunla daimi ünsiyyətdə olmaq mənim üçün əla hiss yaradır".

Fərid ASLAN
MİA.AZ