Rusiya Ukraynada uşaq bağçasını bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Ukrayna prezidenti Vladimir Zelenski açıqlama verib.
Onun sözlərinə görə. Rusiya hərbçiləri Xarkovdakı uşaq bağçasına PUA ilə zərbə endirib: "Nəticəndə 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Operativ müdaxilə ilə binadakı bütün uşaqlar evakuasiya edilərək sığınacağa aparılıb. Ruslar uşaqlara böyük stress yaşatdı. Bir uşaq bağçasına dron hücumunun heç bir əsası yoxdur. Rusiya getdikcə daha da aqressivləşir"
Xarkov meri İqor Terekhov isə bildirib ki, ölən və yaralananlar arasında uşaqlar olmayıb.
Tahir Şəlvəli
MİA.AZ