Bu gün saat 20.45-də Çempionlar Liqasının üçüncü turu çərçivəsində iki oyuna start verilib.
Mia.az xəbər verir ki, qeyd edilən vaxtda "Barselona" doğma meydanında Yunanıstanın "Olimpiakos" komandasını qəbul edib.
Bu oyunda "Barselona" rəqibi "söküb". Oyunun 7-ci dəqiqəsində Lopez hesabı açıb.
39-da Lopez 2-ci qla imza atıb - 2:0.
68-də Lamal, 74-də Raşford, 76-da yenə Lopez, 79 isə Raşford daha bir qola imza ataraq hesabı artırıblar - 6:1
Yunanların yeganı qolunu El Kabi 54-də vurub.
Onu da qeyd edək ki, 57-ci dəqiqədə yunanların futbolçsu Hezzi 2-cı sarı kartla meydandan qovulub.
Oyun bu hesabla başa çatıb.
Turun digər oyununda isə Qazaxıstanın "Kayrat" komandası Kiprin "Pafos" komandasını evində sınağa çəkib. Bu oyunda kiprlilər 4-cü dəqiqədə azlıqda qalsa da, qazaxlar bu üstünlükdən yararlana bilməyiblər.
Matçda hesab açılmayıb - 0:0.
Oyun bu heasabla başa çatıb.
Fərid ASLAN
MİA.AZ