"Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb".
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib.
Dövlət başçısı daha sonra qeyd edib ki, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub: "Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".