Türkiyə Super Liqasının üçüncü turu çərçivəsində təxirə salınmış matçında "Beşiktaş" "Tümosan Konyaspor"la qarşılaşacaq.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul komandasının 6 futbolçusu hazırkı vəziyyətə görə bu oyunda forma geyinməyəcək.
Baş məşqçi Sergen Yalçın oktyabrın 22-də səfərdə baş tutacaq oyunda El Bilal Ture, Vatslav Çerni, Cengiz Ünder, Gökhan Sazdağ, Jota Silva və Tiaqo Djalo forma geyinməyəcək: "Sergen Yaılçın bu oyunda qapını Mert Günoka, müdafiənin sağını Jonas Svensson, solunu isə Rıdvan Yılmaza, mərkəz müdafiə xəttini isə Emirhan Topçu və Feliks Uduokhaiyə tapşırıacaq. Yarımmüdafiədə isə Ndidi və Orkun Kökçü olacaq, onların qarşısında isə Rafa Silva çıxış edəcək. Milot Raşica hücumun sağ, Mustafa Erhan isə solunda yer alacaq. Tammi Abraham isə hücumda olacaq"
Fərid ASLAN
MİA.AZ