Türkiyə Super Liqasının 9-cu turunda "Fatih Karagümrük"ə 2-1 qalib gələn "Fənərbağça"nın baş məşqçisi Domeniko Tedesko oyundan sonra açıqlama verib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Domeniko Tedesko komandasının yaratdığı fürsətləri qola çevirə bilməmələrinə deyinib.
İtaliyalı mütəxəssis bildirib ki, komandası 4-3-3 formasına hər keçən oynla uyğunlaşır: "Bizim fikrimizcə, bu, komandaya və oyunçulara ən çox uyğun gələn sistemdir. Biz bu sistemin həm komandaya ən uyğun olduğunu düşünürük. Söz yox ki, bu sistemi oynamaq çətindir. Çox çalışmaq lazımdır, sistemə alışmaq üçün".
Oktyabrın 23-də "Ştutqart"la keçiriləcək UEFA Avropa Liqası matçının çətin olacağını bildirən Tedeskonun sözləriə görə, bu oyuna da qalibiyyət üçün çıxacaqlar.
Fərid ASLAN
MİA.AZ