Türkiyə Super Liqasının 9-cu turunda "Fənərbağça"ya səfərdə 2-1 hesabı ilə uduzan "Fatih Karagümrük"ün baş məşqçisi Marsel Licka oyundan sonra açıqlama verib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, əzimkar oyuna rəğmən, məğlub olan komandası ilə fəxr etdiyini deyib.
Baş məşqçi Marsel Licka bildirib ki, meydanda güclü komandaya qarşı çox yaxşı mübarizə aparıblar: "Onların çox texnikalı oyunçuları var. Bu gün En-Nesyri və Szymanski kimi oyunçular ehtiyat oyunçular skamyasında idi. Bu fakt çox şeyləri demirmi? Bizim kimi komandalar belə matçlardan dərs alırıq".
Fərid ASLAN
MİA.AZ