Şuşada Qeyri-Hökumət Təşkilatlarının (QHT) VI İnkişaf və Mübadilə Proqramı” keçirilir. Oktyabrın 18-19-da Şuşa Otel-Konqres Mərkəzi Kompleksində “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” çərçivəsində baş tutan 2 günlük təlimdən sonra QHT nümayəndələri Xankəndidə QHT forumuna qatılacaqlar.
Mia.az xəbər verir ki, proqramda 100 nəfərlik heyət iştirak edir.
Tədbrin açılış mərasimində QHT Agentliyinin İcraçı direktoru Aygün Əliyeva iştirakçıları salamlayaraq bildirib ki, bu təlimlər iştirakçıların layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, tərəfdaşlarla iş və digər mühüm mövzularda bilik və bacarıqlarının artırılmasına xidmət edir. Daha sonra Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Elşad İsgəndərov Şuşada belə tədbirlərin əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Təlimdə mütəxəssislər Tural Məmmədov və Nərgiz Əzizova QHT-lərə layihələrin hazırlanması və idarə edilməsi ilə bağlı bacarıqların artırılmasında yardım edib. Təlimin yekununda uğurlu nəticə göstərən QHT nümayəndələrinə sertifikatlar təqdim olunacaq.
Xatırladaq ki, bu tədbir indiyədək Agentlik tərəfindən həyata keçirilən sayca 5-ci “İnkişaf və Mübadilə Proqramı”dı. Bundan əvvəl 2022-ci ildə Mingəçevir şəhərində, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə isə Naxçıvan və Şamaxı şəhərlərində bu proqram baş tutub. Ümumilikdə proqramlarda 500-dən çox QHT nümayəndəsi iştirak edib.
Yeri gəlmişkən, mia.az-ın əməkdaşı, həmçinin “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva da təlimdə iştirak edir.
Zülfiyyə Mustafayeva
Mia.az