Bu gün Daxili Yanma Mühərrikləri üzrə dünya şöhrətli azərbaycanlı alim, professor Rafiq Mehdiyev vəfat edib.
Mia.az xəbər verir ki, alim 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Rafiq Mehdiyev 1936-cı ildə Cəbrayılda anadan olub. 1993-2000-ci illərdə Azərbaycan Texniki Universitetinin rektoru olub. 2000-2020-ci illərdə İstanbul Texniki Universitetində çalışıb, Türkiyədə işlərini və ixtiralarını davam etdirib.
O həmçinin Türkiyənin ilk yerli traktor motorunun ixtiraçısı professoru olub. 300-dən çox elmi əsərin, 15-ə yaxın ixtiranın müəllifi olan alimin son ixtiralarından biri maye qazla işləyən dizel mühərrikidir və bu ixtira Türkiyədə böyük uğur qazanıb. Rafiq Mehdiyev Türkiyədə ölkədə çalışdığı dövrdə müdafiə sənayesi quruculuğunda yaxından iştirak edib.
Alimin Bir sıra ixtiraları bəzi qərb dövlətlərində, o cümlədən İngiltərə, İtaliya, Almaniya, eləcə də Rusiya və Yaponiyada patentləşdirilib. Yetişdirdiyi 20-dən artıq alimin arasında ABŞ, Almaniya, Hindistan, İraq, Polşa və Ukrayna vətəndaşları da var.