Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İnzibati və təsərrüfat departamentinə direktor təyin edilib.

Mia.az Banker.az-a istinadla xəbər verir ki, bu, Ceyhun Əzizlidir. O, 2025-ci ilin oktyabrından bu vəzifənin icrasına başlayıb.

C.Əzizli 2022-ci ildən SOCAR-ın heyətinə qoşulub. Buna qədər Elm və Təhsil Nazirliyində və Azərbaycan Milli Elmlər Akademiyasında çalışıb.

O, Bakı Dövlət Universitetində bakalavr, magistratura və fəlsəfə elmlər doktoru kimi dərəcələrə yiyələnib.