Çinin "TikTok" platforması son aylar bir çox video və istifadəçilərin fəaliyyətlərini məhdudlaşdırmaq siyasətini artan müstəvidə davam etdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, şəbəkə aprel, may, iyun ayı üzrə "icma qaydalarını pozmaq" bəhanəsiylə 189 milyondan çox videonu silib.
Şirkətdən verilən açıqlamaya görə, silinmiş məzmunun 99 faizindən çoxu istifadəçi xəbərdarlığı olmadan, yəni, bir baxış olmadan silinib: "Yerdə qalanlarının 80,6 faizi isə orta hesabla iki saat ərzində silinib. Qalanları da müəyyən müddətdə daxil olan müraciətlər əsasında yayımdan götürülüb".
Məlumatda Türkiyə üzrə silinən videoların sayının 4 431 182-ni keçdiyi də qeyd olunub.
Şirkət iyul, avqust və sentyabr ayı üzrə silinən paylaşımlar üzrə statistikanı isə tezliklə açıqlayacağını bildirib.
Xatırladaq ki, son aylar Azərbaycan seqmentində də yüzlərlə videopaylaşımlar xəbərdarlıqsız silinib. Hətta bəzi istifadıçilərin profillərinə giirşlər bloklanıb.
Samir Musayev
MİA.AZ