ABŞ-ın müdafiə naziri Pit Heqsetin təyyarəsi Böyük Britaniyada məcburi eniş etməlii olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Sean Parnell açıqlama verib.

O, NATO toplantısından geri dönərkən Heqsetin təyyarəsinin ön şüşəsindəki çat yarandığını deyib: "Bu səbəbdən təyyarə İngiltərə hava limanına təcili eniş edib. Heqset və göyərtədəki hər kəs əladır, hər hansı bir problem yoxdur"

Samir Musayev
MİA.AZ