"Fənərbağça"nın prezidenti Sadettin Saran klubun maliyyə vəziyyəti ilə bağlı maraqlı açıqlamalar verib.

Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, "Fənərbaxça"nın prezidenti Sadettin Saran vəzifəyə gəldikdən sonra bir ay içində kluba 40 milyon avroya yaxın sərmayə qoyduğunu deyib: "Bu gün bəzi çevrələr deyir ki, guya biz gələndən kluba sərmayə olmayıb, gəlir və xərclər yoxdur. Əksinə, bir ay içində klubun ödəmələri üçün  39,8 milyon avro ödədik. Satqın adamlar ürək bulandırır. Onları da ifşa edəcəyik. Utanmadan yazırlar, deyirlər ki, guya klub ödəmələrii verəcək gücündə omayacaq, kluba qəyyum təyinatı olacaq və sair. Bu böhtanı yayanlar, komandamızın motivasiyasını pozmağa çalışanlarla məşğul olacağıq"

Fərid ASLAN
MİA.AZ