Türkiyənin 18 yaşadək futbolçulardan ibarət milli komandası Beynəlxalq Dördlü Turnirin son oyununda Portuqaliya ilə qarşılaşıb.
Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, Kocaelidə keçirilən oyunda türklər Portuqaliyaya da uduzublar - 1:0.
Oyundakı yeganə qolu 55-ci dəqiqəsində Eduardo Ferreyra vurub.
Bu nəticədən sonra Portuqaliya turniri lider, İspaniya ikinci, Rumıniya üçüncü, Türkiyə isə dördüncü yerdə başa vurub.
Zülfiyyə Mustafyeva
MİA.AZ