Türkiyə Super Liqasında çıxş edən "Alanyaspor" təcrübəli müdafiəçi ilə müqaviləni yeniləyib.

Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, klub rəhbərliyi 24 yaşlı portuqaliyalı müdafiəçi Nuno Lima ilə müqavilə müddətini  daha 4 il - 2029-cu ilə qədər uzadıb.

Klub onu yeni müqaviləsi münasibətiylə təbrik edib, gələcək illər üçün daha böyük uğurlar arzulayıb.

Xatırladaq ki, "Alanyaspor" 2023-cü ildə heyətinə qatılan Nuno Lima indiyədək 66 matçda forma geyinib. O, bu matçlarda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

Zülfiyyə Mustafyeva
MİA.AZ