"Qalatasaray"ın hücumçusu Viktor Osimhen formasını geyindiyi Nigeriya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində bu gün "ölüm-qalım" matçına çıxacaq.

Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, əgər bu axşam saat 20.00-da Benin yığmasına qalib gələrsə, o zaman Nigeriya pley-offa vəsiqəni təmin edəcək. Əks halda şansı azalacaq.

Xatırladaq ki, hazırda Benin 17 xalla ikinci, Nigeriya isə 14 xalla üçüncü pillədə qərarlaşıb. Bu səbəbdən Nigeriya yalnız qələbə ilə DÇ-2026-ya yüksəlmək fürsəti qazanacaq.

Fərid
MİA.AZ