Sabirabadda toy mərasimində bıçaqlanan şəxs ölüb.

Məlumata görə, rayonun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü İsrafilov Telxas Telman oğlu toy mərasimində bıçaqlanıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, səhər saatlarında vəfat edib.

Hadisəsini törətməkdə şübhəli bilinən Qaragüney kənd sakini, İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Muradov Xəqani polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır(Report).