Türkiyə Prezidenti Ərdoğan Rusiyada - Ttatarıstan respublikasında keçiriləcək 16-cı BRİKS Liderlər Zirvəsinə qatılacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu, Türkiyənin qeyd edilən birliyə verdiyi mühüm əhəmiyyətlə bağlıdır.

Qeyd edilir ki, BRİKS Qərbin hegemonluğuna qarşı çıxan aparıcı iqtisadi təşkilatdır: "Çin və Rusiyanın başçılıq etdiyi qrup G7-nin geosiyasi rəqibidir. Üzv ölkələr dünyada hasil edilən xam neftin 44 faizini təmin edir ki, bu da dünya iqtisadiyyatının 25 faizi deməkdir. Prezident Ərdoğanın qatılacağı 16-cı BRİKS Liderlər Zirvəsi sabah keçiriləcək".

Xəbərdə deyilir ki, bu təşkilat siyasi birlikdən çox iqtisadi həmrəylik məqsədi daşıyır, qlobal iqtisadi nizama alternativ yaradır: "Builki BRICS Liderlərinin Sammiti oktyabrın 22-24-də Tatarıstanın paytaxtı Kazanda keçiriləcək. Sammitdə prezident Ərdoğan da iştirak edəcək".

Qeyd edək ki Türkiyənin marağının artdığı təşkilat 2010-cu ildə yaradılıb. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən qurulan BRİKS illər ərzində genişlənib. Artıq Azərbaycan da Türkiyə kimi bu təşkilata üzv olmağa hazırlaşır.

10 üzvü olan BRİKS ölkələrinin əhalisi təxminən 3,5 milyarddır. Bu, dünya əhalisinin 45 faizi deməkdir.

Lamiyə Əhmədli

MİA.AZ