"Qalatasaray"ın yeni transferi Vilfrid Sinqo ingilis klublarının diqqətini çəkib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Liverpul", "Everton", "Bornmouth" və "Brighton" kimi Premyer Liqa klubları da Kot-d'İvuarlı oyunçunu indidən "radar"a alıblar.

Məlumata görə, yanvar ayında açılacaq transfer dönəmində onlar bu futbolçu üçün "Qalatasaray"ın qapısını döyəcək.

Türkiyə mediası yazır ki, klub futbolçunun prespektivini bildiyindən onunla müqaviləyə belə bir bənd əlavə edib: "60 milyon avro təklif olunarsa, futbolçu komandadan sərbəst şəkildə ayrıla bilər"

İngiltərə mətbuatı isə yazır ki, bu şərt ingilis klubları narahat etmir: "Yanvarda bir neçə klub "Qalatasaray"la bazarlığıa başlayacaq"

Xatırladaq ki, "Qalatasaray" ulduz futbolçunu iki ay əvvəl "Monako"dan 30,7 milyon avroya satın alıb.

Fərid
MİA.AZ