Qadınlar arasında başlayan Çempionlar Liqasının ilk turu maraqlı oyunlarla yadda qalıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gecə ilk turda "Barselona"nın qadınlardan ibarət komandası  "Bavariya"nı darmadağın edib - 7:1

"Barselona"nın qollarını Alexia Putellas Segura, Eva Pajor, Esmee Brugts  (hərəyə 2 qol) və Klaudia Pina (1) vurub.

"Bavariya"nın yeganə qoluna isə Klara Bühl imza atıb.

Günün digər qarşılaşmalarının nəticələri isə belə olub:

"Yuventus" - "Benfika": 2-1

"Arsenal" - "Lion": 1-2

Paris FC - OH Leuven: 2-2

Fərid ASLAN
MİA.AZ