FİFA Türkiyə klubunu növbəti dəfə cəzalandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, FİFA-nın bugünki qərarıyla 2-ci Liqa" təmsilçisi "Yeni Malatyaspor"un daha 6 xalı silincəək.

Türkiyə Futbol Federasiyasından bildirilib ki, kluba qarşı daha 5 dava açılıb: "Bunların hamısı vaxtilə alınmış futbolçulara olan borclardan bəhs edir. Futbolçular alacaqları pullar üçün FİFA-ya şikayət ediblər..."

Məlumatda FİFA-nın bundan əvvəl də komandanı xal silinmələrlə cəzalandırması xatırladılıb.

Xatırladaq ki, hazırda ağır maddi durumda olan və vaxtilə super Liqada fırtına sədirən koamnda 2-ci liqada -41 xalla sonuncu pillədə qərarlaşıb. Mənfi 41 xalla komandanın bu liqadada qala bilməyəcəyi indidək şübhə doğurmur.

Fərid ASLAN
MİA.AZ