Özbəkistan Futbol Federasiyası məşhur italiyan baş məşqçi ilə anlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İtaliyalı Fabio Kannavaro bundan sonra Özbəkistan Milli Futbol Komandasının baş məşqçisi sükanı arxasında olacaq.

Özbəkistan Futbol Federasiyasından bildirilib ki, Fabio Kannavaronun artıq vəzifəsindən azad olunan Timur Kapadze yerinə təyinatı rəsmiləşib: "İtaliya futbolunun əfsanəvi müdafiəçisi, əvvəllər Çin Milli Komandasından ta "Udineze" və  Zaqreb “Dinamo”suna kimi baş məşqçi işləyən Kannavaro ilə iki illik müqavilə imzalanıb".

Xatırladaq ki, Özbəkistan Asiya seçmə mərhələsinin 3-cü raundunda A qrupunda ikinci yeri tutaraq ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il Dünya Çempionatında çıxış haqqı qazanıb.

Fərid ASLAN
MİA.AZ