Türkiyə super Liqasında 8-ci tura yekun vurulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu turda "Qalatasaray" evdə "Beşiktaş"la 1-1 bərabərə qalıb. 

Bununla da aktivində 22 xalı olan “sarı-qırmızılar” liderliyini qoruyub.

Həftənin bağlanış matçlarında “Göztepe” öz meydanında “RAMS Başakşehir”ə 1:0 qalib gəlib, “Samsunspor” isə “Fənərbağça” ilə 0:0 bərabərə qalıb.

Öz meydanında "Zecorner Kayserispor"u 4:0 hesabı ilə məğlub edən "Trabzonspor" isə xalını  17-yə çatdırıb və 2-ci pilləyə yüksəlib.

Digər oyunlar isə belə nəticələnib: 

Antalyaspor - Çaykur Rizespor: 2-5

Trabzonspor - Zecorner Kayserispor: 4-0

Gençlerbirliği - Korendon Alanyaspor: 2-2

Kocaelispor - İkas Eyüpspor: 1-0

Qalatasaray - Beşiktaş: 1-1

Kasımpaşa vs TÜMOSAN Konyaspor: 1-1

Mısırlı.com.tr Fatih Karagümrük - Qaziantep FK: 0-2

Göztepe - RAMS Başakşehir: 1-0

Samsunspor - Fənərbağça: 0-0

Fərid ASLAN
MİA.AZ