Türkiyə Super Liqası 8-ci turunda "Fatih Karagümrük" və "Qaziantep FK" komandaları üz-üzə gəlib.
Mia.az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçirilən görüşdə "Qaziantep FK" 15-ci dəqiqədə hesabı açıb.
69-cu dəqiqədə Kacper Kozlovski penaltidən ikinci qola imza atıb.
Məlumata görə, bu nəticə ilə "Qaziantep FK" xalını 14-ə yüksəldib. "Fatih Karagümrük"ün isə 3 xalı var.
Növbəti turda “Qaziantep FK” “Antalyaspor”u qəbul edəcək. "Fatih Karagümrük" "Fənərbağça" ilə səfərdə qarşılaşacaq.
Fərid ASLAN
MİA.AZ