Bu gün Türkiyə superliqasında "Qalatasaray"la Beşiktaş" üz-üzə gəlib.
Mia.az xəbər verir ki, Bakı vaxtilə saat 21.00-da başlayan derbinin 12-ci dəqiqəsində "Beşiktaş" hesabı açıb.
Abraham qola imza atıb - 0:1.
34-cü dəqiqədə qapçı ilə təkbətək çıxan Rafa Silvaya qarşı kobud oyuna görə isə "Qalatasaray"lı Sançes qırımızı kartla meydandan qovulub.
İlk hissə bu hesabla başa çatıb.
55-ci dəqiqədə "Qalatasaray" İlkay Gündoğanın qolu ilə hesabı bərabərləşdirib - 1:1
Oyun bu hesabla bitib.
Bu nəticədən sonra "Qalatasaray" 8 oyuna 22 xalla lider kürsüsündəki mövqeyini qoruyub. "Beşiktaş" isə 7 oyuna 13 xalla 5-ci pilləyə yüksəlib.
Fərid
MİA.AZ